İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa sakini tanınmış jurnalistləri evinə dəvət etdi: görün, nələr yaşandı... - VİDEO

Xəbər verdiyimiz kimi, dünən Şuşa şəhərində Beynəlxalq Mətbuat Konfransı keçirilib.

Musavat.com xəbər verir ki, konfransın sonunda maraqlı bir hadisə yaşanıb. Belə ki, bir neçə jurnalisti evinə dəvət edən şuşalı Nüşabə müəllimə onları Şuşa baldırğanından hazırlanan dovğaya qonaq edib.

Bu barədə Rauf Arifoğlu özünün Facebook profilində məlumat yayıb: "Şuşalı Nüşabə xanım bizi yaşadıqları evə dəvət etdi və Şuşa baldırğanından bişirdiyi dovğaya qonaq etdi. Flora Xəlilzadə, Asif Mərzili, Toğrul Allahverdili ilə həyatımızın ən xoş anlarından birini yaşadıq".

Jurnalistlərin Şuşada dovğaya qonaq edilməsi anları videogörüntüyə alınıb, çünki Şuşada baş verən hər bir hadisə jurnalistlər və ictimaiyyət üçün olduqca maraqlıdır. 

Musavat.com həmin görüntüləri təqdim edir:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR