İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşa həbsxanası ilə bağlı nazirlikdən açıqlama

Şuşa şəhəri işğaldan azad edildikdən sonra bəzi tikililərin muzey kimi fəaliyyət göstərməsi müzakirə olunur. Onlardan biri də Şuşa həbsxanasıdır. 1848-ci ildə Çar Rusiyası dövründə inşa olunmuş cəzaçəkmə müəssisəsi Şuşa qalasının şərq tərəfində yerləşir və qalanın aşağı divarları həbsxanaya söykənir.

Mədəniyyət Nazirliyindən Musavat.com-a bildirildi ki, Şuşa həbsxanası rus çarının göstərişi ilə çar hökumətinin vəsaiti hesabına tikilib: “Həbsxananın XIX əsrin ortalarında tikildiyi deyilir. Ən təhlükəli həbsxanalardan sayılan və iki əsrə yaxın yaşı olan Şuşa həbsxanası 28 ildir ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin, onlara qarşı törətdikləri işgəncələrin canlı şahididir. Şuşa həbsxanası xüsusi memarlıq quruluşuna malik qədim bina olduğundan həmin bina ilə bağlı xüsusi konsepsiyanın (muzey yaxud digər kompleks kimi fəaliyyət göstərməsi) hazırlanması zəruridir. Bu istiqamətdə Mədəniyyət Nazirliyi tərəfindən işlər aparılır.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR