İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyadan yük daşıyan Rusiya gəmisində PARTLAYIŞ - İspaniya sahillərində BATDI

Dünən Rusiyanın "Ursa Major" gəmisində partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "The Maritime Executive" məlumat yayıb.

Nəşr yazır ki, partlayışdan sonra gəmi sürətini azaldıb və batıb.

Ekipaja yardım üçün İspaniya Hərbi Dəniz Qüvvələrinə aid gəmi, İspaniyanın xilasetmə gəmisi və başqa bir Rus gəmisi göndərilib.

Qeyd olunur ki, "Ursa Major" gəmisi sanksiyaya məruz qalmış Rusiyanın müdafiə şirkəti "Oboronlogistika"nın törəmə şirkəti tərəfindən idarə edilib.

2022-ci ilin may ayından sanksiyalar altında olan gəmi Rusiyanın Suriyadakı Tartus hərbi bazasına olan əsas tədarük marşrutunda fəaliyyət göstərirdi. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Fevral 2025

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR