İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriyada İranın 2 hərbi müşaviri öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə raket hücumu zamanı Suriyada olan 2 müşavirinin həlak olduğunu bildirib.

Musavat.com-un İRNA-ya istinadən xəbərinə görə, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun iki hərbi müşaviri Suriyada İsrailin son bombardmanları nəticəsində öldürülüb. Onlar sionist təcavüzünə müqavimət göstərən Suriyada islami müqaviməti dəstəkləmək üçün bir missiyada idilər”, - məlumatda deyilir.

İsrail bu gün səhər Dəməşq ətrafındakı hərbi bazalara raket zərbələri endirib. Yerli telekanalların verdiyi məlumata görə, zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun daha 7 əməkdaşı yaralanıb.

Qeyd edək ki, İsraillə HƏMAS arasında müharibə başlanandan ilk haldır ki, İran hərbçilərinin ölümü qeydə alınır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR