İnsanlara hürriyət, millətlərə istiqlal!

“Suriya və Səudiyyə 10 il sonra səfirliklərini açmağa razılaşıblar”- “Reuters”

Suriya və Səudiyyə Ərəbistanı 10 illik fasilədədn sonra səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Ər-Riyad və Dəməşq arasında təmaslar Səudiyyə Ərəbistanı ilə Suriya prezidenti Bəşər Əsədin əsas müttəfiqi olan İran arasında əlaqələrin bərpası üçün mühüm razılaşmanın əldə olunmasından sonra sürətlənib”, – mənbə bildirib.

Diplomatik nümayəndəliklərin yenidən açılması müsəlmanların Fitr bayramından sonraya (21-22 aprel) planlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR