Onlayn ictimai-siyasi qəzet
Dəməşqdə silahlı qruplaşmaların olması ilə bağlı mediada yazılanlar reallığa uyğun gəlmir. Suriya ordusu Hələb şəhəri yaxınlığında terror hücumlarını dəf edir.
Musavat.com xəbər verir ki, bu barədə İran Dövlət Teleradio Şirkətinin Suriya paytaxtındakı müxbiri məlumat verib.
Onun məlumatına görə, terrorçular hazırda Hələbə qismən nəzarət edirlər. Yaraqlılar cənuba doğru irəliləməyə çalışır, radikalların işğal etdiyi şəhərin yaxınlığında hökumət qoşunları ilə toqquşmalar baş verir.
Müxbirin sözlərinə görə, Suriya ordusu Dəməşqdən 200 km şimalda yerləşən Həma şəhərinin şimal hissəsində müdafiəyə başlayıb. Həmadan 50 km cənubda yerləşən Homsda terrorçu yoxdur.
Şahanə Rəhimli
Musavst.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ