İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya müxalifəti 56 milyard dollara görə bir-birini ittiham edir: Colanidən sərt xəbərdarlıq

Suriya müxalifətinə vətəndaş müharibəsi dövründə xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ayrılan 56 milyard dolların taleyi sual altındadır. Məlumata görə, bu vəsaitin əhəmiyyətli bir hissəsinin mənimsənildiyi ehtimal olunur.

Musavat.com xəbər verir ki, Suriya müxalifət koalisiyası üzvləri ilə görüş zamanı Suriyanın faktiki lideri Əhməd əş-Şara, yəni Əbu Məhəmməd Colani, maliyyə məsələsinə xüsusi diqqət çəkib. O bildirib ki, müxalifət liderləri aldıqları yardımlar və xərcləri barədə dəqiq hesabat təqdim etməlidirlər.

Colani vurğulayıb: “Yalnız bunu edəcəkləri təqdirdə Suriyanın gələcək dövlət quruculuğunda iştirak edə bilərlər. Əks halda məsuliyyətə cəlb olunacaqlar.”

Colaninin maliyyə məsələsini gündəmə gətirməsi, müxalifətə ayrılmış vəsaitlərdə ciddi mənimsəmə hallarının olması ehtimalını gücləndirir. Bu isə iki mühüm nəticə doğura bilər:

1. Ayrılmış pulların üzə çıxması və geri qaytarılması: Müxalifətə ayrılan vəsaitlərin mənimsənildiyi sübut olunsa, bu pulların geri qaytarılması üçün ciddi addımlar atıla bilər.

2. Müxalifət liderlərinin məsuliyyətə cəlb edilməsi: Yoxlamalar zamanı maliyyə pozuntularında günahkar olan liderlər ya məsuliyyətə cəlb edilə, ya da yeni Suriya hakimiyyətində təmsil olunmaqdan məhrum edilə bilər.

Hər iki nəticə Əbu Məhəmməd Colaninin mövqeyini gücləndirə bilər və onun Suriyanın gələcək siyasi quruluşundakı rolunu artıracaq.

Colaninin bu xəbərdarlığı, Suriya müxalifətinin daxilində ciddi gərginliklərə səbəb ola bilər və beynəlxalq arenada yeni müzakirələrə yol aça bilər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR