İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya iqtisadiyyatı xarici investorlar üçün açıqdır - Nazir

Suriya hakimiyyəti beynəlxalq ictimaiyyəti ölkənin dağılmış iqtisadiyyatının bərpasına kömək etməyə çağırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Dəməşqdə yeni iqtisadiyyat naziri Nidal əl-Şaar deyib.

O, Qəsr əl-Şaab sarayında keçirilən yeni hökumətin tərkibinin açıqlanması mərasimində çıxış edib:

"Biz beynəlxalq ictimaiyyəti əvvəlki rejim tərəfindən dağıdılanların bərpası prosesinə töhfə verməyə çağırırıq. Bizim iqtisadiyyatımızı daha güclü təməl üzərində yenidən qurmaq üçün tarixi imkanımız var. Strategiyamız məhsuldar sektorların gücləndirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatın açılmasına və yerli və xarici investisiyaların cəlb edilməsinə yönəlib.

Biz iş yerləri yaradacaq və şəffaflığı artıracağıq və cəlbedici və təhlükəsiz investisiya mühiti təmin etməyə çalışacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR