İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya-Azərbaycan görüşü: Qafqazdan Yaxın Şərqə strateji keçid

"Azərbaycanın geosiyasi və geoiqtisadi maraqlarını təkcə, Avropa, ABŞ, Çin, Türk Dövlətləri Təşkilatı ilə məhdudlaşdırmır. Rəsmi Bakının geosiyasi genişlənmə portfelində Yaxın Şərq coğrafiyası ilə əlaqələr də əhəmiyyətli yer tutur".

Musavat.com bildirir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov deyib.

79160015-36cc-412b-9dd8-efcecd04.jpg (98 KB)

Onun fikrincə, Azərbaycanın Yaxın Şərqdə strateji maraq dairəsi Türkiyə ilə koordinasiya çərçivəsinə söykənir:

"İlham Əliyevin aprelin 11-də Antalyada Suriya keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü həmin kontekst daxilində təhlil edilə bilər. İlham Əliyevlə Əhməd Əş Şaraa ilk dəfədir ki, üzbəüz görüşüb müzakirə aparırlar.

Azərbaycanın Suriya ilə əlaqələrə önəm verməsi onun Cənubi Qafqazdakı barışıq və təhlükəsizlik səylərini Yaxın Şərq konteksti ilə əlaqələndirməsi təşəbbüsüdür. Çünki Suriya Bəşər Əsəd rejimi dövründə Ermənistana dəstək göstərirdi.

Suriya Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı cəbhələrdə fəaliyyət göstərən dövlətə çevrilmişdi. Suriyanın bu mövqeyi Azərbaycana qarşı asimmetrik müharibə, informasiya müharibəsi və Ermənistana silah, hərbi texnika ötürülməsi əməliyyatları ilə müşayiət olunurdu. Bəşər Əsəd rejiminin devrilməsi ilə Ermənistan assimetrik müharibə üçün ona Yaxın Şərqdən göstərilən dəstəkdən məhrum olub. Bu isə Azərbaycanın davam edən strateji böyüməsi çağırışlarına cavab verən vəziyyətdir.

Antalya Diplomatiya Forumunda görüşən Azərbaycan və Suriya prezidentlərinin təhlükəsizlik və sülh üçün təşəbbüsləri şübhəsiz ki, tək bir paket deyil. Bu, regional uzlaşma prosesinin bir hissəsi, təhlükəsizliyin vahidliyi üçün hərəkətverici qüvvəsi, gələcək manevrlər üçün uyğunlaşdırma təşəbbüslərinin istiqamətləridir".

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR