İnsanlara hürriyət, millətlərə istiqlal!

Surət Hüseynovun məzardaşına bu sözlər yazıldı - FOTO

Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq baş nazir Surət Hüseynova məzardaşı qoyulub.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Fotodan görünür ki, S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.

suret.jpg (163 KB)

Həmçinin başdaşına epiqraf kimi bu sözlər yazılıb: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR