İnsanlara hürriyət, millətlərə istiqlal!

“Süni dolğunu hansı plastik cərrah insan bədəninə yeridər”- Həkim OD PÜSKÜRDÜ  


Son vaxtlar süni gel, botoksdan eybəcər hala gələnlərin şikayətlərinə tez-tez rast gəlirik. Əsasən, qadınlar botoks adlı məşhur cavanlaşma əməliyyatından istifadə edirlər ki, bu prosedurları da mütləq təcrübəli plastik cərrahlar həyata keçirməlidir.

Reallıqda isə biz bunun əksini görürük. Əsasən kosmetoloji kabinetlərdə həyata keçirilən həmin əməliyyatlar istənilməyən sonluqla nəticələnir. Elə ötən gün azərbaycanlı model və bloger Leyla Mirzəliyeva plastik əməliyyatlar nəticəsində ağır fəsadlarla qarşılaşdığını deyib. Model yaxın günlərdə ağır əməliyyat keçirəcəyini və bu əməliyyatdan sonra sağ qalma ehtimalının 10 faiz olduğunu açıqlayıb. Bədənin çürüdüyünü deyən model süni gelləri bədənindən çıxartmaq üçün 1 ayda 9 dəfə əməliyyat keçirdiyini də əlavə edib.

Ümumiyyətlə 2012-ci ildə 12 qadın üzün almacıq hissəsində etdirdiyi botoks zamanı insult və ya kor vəziyyətinə düşüb. Bəs görəsən, burada günahkar kimdir? Bununla bağlı kimlər cəzalandırılmalıdır?

Yeri gəlmişkən, ölkəmizdə xanımlar daha çox burun, qaş qaldırma, dodaq böyütmə, üz botoksu kimi əməliyyatlara üz tuturlar. Son illər yalnız xanımlar deyil, hətta kişilər də estetik cərrahiyyəyə müraciət edirlər. Onlar daha çox burun formalarının dəyişdirilməsi, göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsi kimi proseduralara üz tuturlar.

Plastik cərrah Elşən Nəsibov mövzu ilə bağlı Musavat.com-a dedi ki, bu məsələdə kimisə cəzalandırmaq çıxış yolu deyil: “Burada cəzanı elə xəstə özü çəkir. Süni dolğu nədir axı, maraqlansınlar da. Tək bizdə yox, bütün dünyada olanları maraqlanıb öyrənsinlər də, süni dolğunu hansı plastik cərrah insan bədəninə yeridər?! Ancaq üç ay kurs keçmiş kosmetoloqlardan başqa heç kim bunu etmir. Bu, qeyri-peşəkarlıqdır. Tamamilə bu proseduraların əleyhinəyəm. Burada səhvi xəstələrin özündə və kosmetoloqda görürəm”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR