Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda dəm qazından ölən və zəhərlənən şəxslərin kimliyi məlum olub.
Ölən şəxs 1958-ci il təvəllüdlü Sabir Süleyman oğlu Kazımovdur.
Dəm qazından zəhərlənənlər isə 1958-ci ildə Müxlisə Hacı qızı Kazımova,1999-cu il təvəllüdlü İlahə Əmrah qızı Kazımova, 2020-ci il təvəllüdlü Aleyna Rahib qızı Kazımova və 2022-ci il təvəllüdlü Anuro Rahib qızı Kazımovadır.
Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Məlumata görə, onlardan bir nəfərin 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.
İkisi böyük olmaqla - 1958, 1999-cu il (qadın cinsli) təvəllüdlü şəxslər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Eyni diaqnozla 2020, 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.//Report
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ