Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhəri məişət tullantıları poliqonunda bu gün saat 10 radələrində yanğın hadisəsi baş verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Musavat.com-a bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.
Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.
30 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ