İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıt Tibb Mərkəzində daha bir peşəkar həkim işə başladı  

Daha bir uzman həkim Sumqayıt Tibb Mərkəzində fəaliyyətə başlayıb. Uzman oftalmoloq-cərrah Rəsul Dadayev Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasının Göz şöbəsində fəaliyyətə başlayıb.

Bu barədə Musavat.com-a STM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı məlumat verib.

R.Dadayev 1993-cü ildə Zaqatala rayonunda anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2017-2018-ci illərdə Türkiyənin Ankara şəhərində “Hacettepe” Universitetinin Tibb fakültəsində klinik təcrübə keçib. 2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında uzmanlıq təhsili alıb. 2018-2022-ci illərdə Ankara Universitetinin Tibb fakültəsinin Oftalmologiya kafedrasında cərrah-oftalmoloqun köməkçisi kimi çalışıb.

2023-cü ilin fevral-noyabr aylarında özəl tibb müəssisələrində cərrah-oftalmoloq işləyib. 2019, 2020 və 2022-ci illərdə Türk Oftalmoloji Dərnəyinin Milli Konqreslərində təqdimatlarla çıxış edib. Müxtəlif elmi konfransların iştirakçısı olub.

434187828_7745043112214985_4396259335217045749_n.jpg (129 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR