İnsanlara hürriyət, millətlərə istiqlal!

İntihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirdi

"Geniş aile" serialındakı Cevahir obrazı ilə tanınan məşhur aktyor Ufuk Özkan intihara cəhd etməsiylə bağlı iddialara cavab verib.

Musavat.com xəbər verir ki, aktyor çıxan xəbərləri təkzib edib.

O bildirib ki, belə bir addım atmayıb:

"Məni öldürməyə çalışırsınız? Yay boyu çox işlədiyim üçün üzümdə ekzema yarandı, vaxtaşırı xəstəxanaya gedib-gəlirəm. Müxtəlif layihələrim var, ona görə də qızartıların makiyajdan qaynaqlandığını düşünürəm. Evdə dincəlirəm, iki gündən bir müayinə olunuram".

Ufuk hazırda səhhətinin yaxşı olduğunu əlavə edib. 

Qeyd edək ki, Ufuk Özkan son olaraq qaraciyər çatışmazlığı ilə bağlı xəbərlərdə yer almışdı. Özkan orqan nəqli üçün gözləmə siyahısında idi. Səhiyyə Nazirliyi xəstəliyin aradan qaldırılması üçün tədbirlər də görmüşdü. Ufuk Özkan dərman qəbul etməyə başlamışdı. Orqan transplantasiyasına ehtiyac olmadan sağalmışdı.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR