Onlayn ictimai-siyasi qəzet
2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır.
Musavat.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.
Məlumata görə, 2027-ci ildə bu göstərici 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat, 2029-cu ildə isə 1 411,8 manat səviyyəsində olacaq.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.
17 Sentyabr 2025
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ