Onlayn ictimai-siyasi qəzet
Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyeva növbəti dəfə hakim qarşısına çıxarılacaq.
Musavat.com xəbər verir ki, S.Əliyeva barəsində çıxarılan hökmdən kassasiya protesti verilib. İşə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.
İttihama görə Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.
İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sümbülə Əliyeva şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.
İ.Muradov
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ