İnsanlara hürriyət, millətlərə istiqlal!

Süleymaninin intiqamı üçün Trampı ölümlə təhdid – Tehran mətbuat orqanını cəzalandırdı

Musavat.com -un da xəbər verdiyi kimi, İranın nüfuzlu mühafizəkar “Keyhan” qəzeti ABŞ Prezidenti Donald Trampı açıq şəkildə öldürməklə hədələmişdi.

Məsələ ölkədə böyük rezonans doğurub, rəsmi qurumlar hərəkətə keçib.

Musavat.com xarici agentliklərə istinadla xəbər verir ki, qəzetin baş redaktoru, tanınmış mühafizəkar Huseyn Şəriətmədarinin rəhbərlik etdiyi “Keyhan” nəşrində yayımlanan məqalədə Trampın Qasım Süleymaninin intiqamını alacaq bir “güllə” ilə öldürüləcəyi yazılıb. Qəzetin yazısında Trampın “boş başına yaxın günlərdə bir güllə dəyməsinin” mümkünlüyü vurğulanıb.

Trumpı ölümle tehdit etmişlerdi Uyarı geldi

Bu açıq təhdid yalnız beynəlxalq mediada deyil, İranda da narazılıq yaradıb. İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin tabeliyində fəaliyyət göstərən İran Mətbuat Şurası “Keyhan” qəzetinə rəsmi xəbərdarlıq edib. Açıqlamada bildirilib ki, bu cür yazılar İranın maraqlarına və milli təhlükəsizliyinə ziddir.

Eyni zamanda şura qeyd edib ki, İran dövlətinin Qasım Süleymani sui-qəsdinə münasibəti “cinayətkarların, o cümlədən Trampın beynəlxalq məhkəmədə cavab verməsini təmin etmək” üzərində qurulub və qəzetin çağırışı rəsmi siyasətə ziddir.

Trumpı ölümle tehdit etmişlerdi Uyarı geldi

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Tramp 2020-ci ildə İran İnqilab Keşikçiləri Qvardiyasının “Qüds” qüvvələrinin komandanı Qasım Süleymaninin İraqda hava zərbəsi ilə öldürülməsi əmrini vermişdi. Bu hadisə İran-ABŞ münasibətlərində yeni bir gərginlik mərhələsinə səbəb olmuşdu.

Trumpı ölümle tehdit etmişlerdi Uyarı geldi

Mövzu ABŞ mətbuatında da geniş işıqlandırılıb. Fox News telekanalı məsələyə reaksiya verərək bildirib ki, “Tramp İranla danışıqlara getməməlidir və onu təhdid edən rejimə qarşı daha sərt mövqe ortaya qoyulmalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

09 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR