İnsanlara hürriyət, millətlərə istiqlal!

Süleyman Soylu AÇIQLADI: "120 polisimiz şəhid olub"

"Bu günə kimi zəlzələ nəticəsində 120 polis əməkdaşı qurban olub"

Musavat.com xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlayıb.

O bildirib ki, bu kollektiv itkidir:

"Bu, təbii ki, kollektiv itkilərdir, bizim qeyri-kollektiv itkilərimiz də var. Eyni zamanda, kimliyini müəyyən edə bildiyimiz 32-dən çox jandarma qüvvəmiz də var".

Nazir, həmçinin deyib ki, dövlət bütün imkanlarını ortaya qoyub:

"AFAD davamlı olaraq ölənlərin sayını açıqlayır. Dağıntılar altından sağ çıxarılanların sayı da göstərilir. Biz çox böyük bir əməliyyat keçiririk. Biz çalışırıq ki, axtarış-xilasetmədən tutmuş qidalanma, maddi-texniki təchizatın toplanması, yardımların paylanması kimi eyni vaxtda 100-150 işi görək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR