İnsanlara hürriyət, millətlərə istiqlal!

Süd verən analar necə qidalanmalıdır? - HƏKİM AÇIQLADI

“Körpələrini ana südü ilə qidalandıran analar da hər kəs kimi balanslı şəkildə qidalanmalıdır. Ümumilikdə, yemək vərdişlərini dəyişməyə ehtiyac yoxdur”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova açıqlayıb.

Onun sözlərinə görə, körpələr ana bətnində olduqları vaxtdan etibarən, öz analarının yemək vərdişləri ilə tanış olurlar:

“Ana yediyi müəyyən qidaya körpəsinin reaksiya verdiyini hiss edərsə, mütəxəssislə məsləhətləşməsi tövsiyə olunur. Əsas odur ki, ana ac olduğu zaman yeməli, susayanda su içməli və yorulanda dincəlməlidir. Ancaq heç bir halda ifrata varmaq olmaz. Gün ərzində 2 litrdən az olmayaraq maye qəbul edilməlidir”.

Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib ki, laktasiyanın artması məqsədi ilə şüyüd, razyana, yonca və ya kəklikotulu bitki çayları içmək olar:

“Süd verən ana təbii ki, spirtli içkilər, tünd çay və qəhvə içməməlidir. Konservantlar və süni əlavələr qatılan qidaları, yağlı ət və hisə verilən ət məhsullarını, qarında sancı və allergiya olmasın deyə sitrus meyvələri, çiyələk, moruq, bal, qoz, fındıq, qənd, mayonez, üzüm, paxlalı bitkilər və kələmi rasionlarında çox az istifadə etməlidirlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR