İnsanlara hürriyət, millətlərə istiqlal!

Yataqda hərəkətsiz qalmaq beyinin xəbərdarlıq mesajıdır

Telefonla yataqda uzun müddət uzanmaq və gündəlik işlərdən imtina etmək bəzən tənbəllik deyil, psixoloji və fiziki resursların tükənməsi ilə bağlıdır.

Bu barədə "gazeta"ya açıqlamasında psixoloq, Piroqov Universitetinin dosenti Vladislav Sotnikov bildirib.

"Belə hallarda beyin enerji qoruma rejiminə keçir və bu, gərginlik və ya yüklənmədən sonra yaranan "passiv özünütənzimləmə" formasıdır. Əgər insan bir neçə saat yataqda uzandıqdan sonra normal fəaliyyətinə qayıdırsa, bu, təbii proses hesab olunur.

Lakin bu vəziyyət mütəmadi hal alır, yuxu, qidalanma və ünsiyyəti əvəz edir, həmçinin günahkarlıq və faydasızlıq hissi yaradırsa, bu, artıq xəbərdarlıq sayılır".

Sotnikov qeyd edib ki, belə durumda yataqda uzanmaq yalnız "ilk yardım" rolunu oynayır, lakin problemin həlli deyil. Psixoloq alternativ yollar axtarmağı məsləhət görür.

"Enerjinin tam tükəndiyi anlarda telefonu kənara qoyaraq gözləri bağlı 10 dəqiqə dincəlmək, eləcə də kiçik hərəkətlər, məsələn, qalxmaq, pəncərəni açmaq və ya üz yumaq beynin "yenidən işə düşməsinə" kömək edir"./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR