Onlayn ictimai-siyasi qəzet
Ukraynada deputatlar xarici işlər naziri Sıbiqanı Ali Radaya çağırırlar
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, deputatlar ölkənin xarici siyasət idarəsini rəhbərinin Səudiyyə Ərəbistanında aparılan danışıqlara dair hesabatını dinləmək istəyirlər.
Qərarı 152 deputat dəstəkləyib.
Qeyd edək ki, son saatda gələn məlumatlarda rusların Kursk vilayətində Suca qəsəbəsində nəzarəti ələ keçirdikləri bildirilir. Ukrayna Müdafiə Nazirliyi rusların Sucanı ələ keçirməsi barədə məlumatı hələlik şərh etməyib. DeepState-in dünənki xəritəsinə görə, şəhərin bir hissəsi hələ də "boz zonada" idi.
Rusiya ordusu hücumdan öncə Sucada daşı daş üstündə qoymayıb və qəsəbə faktiki olaraq xarabaya çevrilib.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ