Onlayn ictimai-siyasi qəzet
Ukrayna dronları yenidən Rusiyanın neft infrastrukturunu hədəfə alıb.
Axar.az xəbər verir ki, bu barədə “Madyar” ləqəbli ukraynalı komandir Robert Brovdi məlumat yayıb.
Məlumatda bildirilir ki, Bryansk vilayətində yerləşən “Uneça” neft nasos stansiyasına gecə saatlarında dron hücumu həyata keçirildiyini bildirib.
Bu obyekt “Drujba” neft kəmərinin əsas mərkəzlərindən biridir.
Macarıstan xarici işlər naziri Peter Siyarto “Drujba”ya endirilən zərbələrdən sonra Macarıstana neft tədarükünün dayandırıldığını bildirib. Qeyd edək ki, “Drujba” neft kəməri Ukrayna tərəfindən vurulmuşdu.
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 54 ədəd PUA vurub. Məlumata görə, Bryanskda 19, Volqoqradda 11, Rostovda 8, Voronejdə 7, Belqorod və Orlovda 3, Kurskda 2, Krımda isə 1 PUA zərərsizləşdirilib.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ