İnsanlara hürriyət, millətlərə istiqlal!

Sualtı dronların Krım körpüsünə necə çatdığına dair izahat - "Radar tutmur, gözlə də görünmür"

"Ukraynalı diversantlar çox güman ki, sualtı dronların köməyi ilə Krım körpüsündə ikinci terror aktını törədiblər".

Musavat.com xəbər verir ki, bu, Hərbi və siyasi münaqişələrin öyrənilməsi mərkəzinin rəhbəri Andrey Klintseviçin fikridir. Mütəxəssis deyib: "İstisna deyil ki, Amerikanın kəşfiyyat və zərbəçi pilotsuz aparatları ukraynalılara Qara dəniz hövzəsindədəki terror aktından bir qədər əvvəl görünən körpüyə yol açmağa və bütün maneələrdən yan keçməyə kömək edib". 

Ukraynanın suüstü qayıqlarının Sevastopola hücum etməsi, lakin bu cəhdin uğursuz alınmasından danışan Klintseviç deyib ki, Krım körpüsünə hücumda güman ki, Sevastopol hücumunda istifadə edilənlər kimi yarısualtı və ya tam sualtı pilotsuz qayıqdan istifadə edilib.

"Təxminən bir ay əvvəl ukraynalılar su altına dalan dron göstərmişdilər. Səthdən yalnız Starlink antenası və bələdçi kameranın dikəldiyi görünürdü. Gecələr onu aşkar etmək vizual olaraq çox çətindir, radarlar onu tutmur və ona atəş açmaq da qəliz məsələdir. Yəni burada antitorpeda üsullarından istifadə etmək lazımdır", - mütəxəssiz izah edib.

Klintseviç deyib ki, körpünün ərazisində kifayət qədər aktiv manevrlər olduğu şəraitdə hər hansı bir sualtı vasitənin hərəkətini sonarlarla, yəni akustik detektorlarla aşkar etmək olduqca çətindir: "Buna görə də düşmən müdafiəmizdə yarıq aşkar edərək körpünü partlatmağa cəhd edib".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR