İnsanlara hürriyət, millətlərə istiqlal!

SU-30-la bağlı vəziyyət təkrar olunur - Erməni ekspert Hindistan silahı haqda

 
Bir müddət əvvəl Hindistanın "The Economic Times" qəzeti Ermənistanın Hindistanla silah alışına dair müqavilə imzaladığı ilə bağlı məlumat yaymışdı. Qəzetin məlumatına görə, müqaviləyə Hindistanın "Pinaka" Reaktiv Yayılım Atəş Sistemlərinin, tank əleyhinə raketlərin və bir sıra döyüş sursatlarının alınması daxildir.
 
 
Ermənistanın hərbi eksperti Karen Vrtanesyan erməni mətbuatına açıqlamasında bu silahların alınmasının böyük risk olduğunu deyib.
 
“SU-30 hekayəsi təkrarlanır. Biz 250 milyon dollara çox riskli hind silahları alırıq” deyən hərbi ekspert Hindistandan alınan bu silahların nə dərəcədə uğurlu olduğunun sual altında olduğuna diqqət çəkib: “Hindistandan alınan silahların yaxşı olub-olmadığı məlum deyil. Yeri gəlmişkən, bu barədə bir dənə də rəsmi məlumat yoxdur. Hindistandan başqa heç kimdə bu silahlar yoxdur, o qədər də çox sınaq aparılmayıb və nə dərəcədə uğurlu olduğu bilinmir. Hava hücumundan müdafiə və hava qüvvələri ilə bağlı problemlər fonunda biz Azərbaycanın PUA-ları üçün böyük hədəflər alırıq. Bundan əlavə, mobil artilleriya və hətta gülləkeçirməz jiletlərə ehtiyacımız var”.
 
 
Vrtanesyan bildirib ki, həm 2018-ci ildən əvvəl, həm də sonra Ermənistana silah satan tərəfdaşlar olub.
 
 
“2018-ci ildən sonra onların bəziləri ilə münasibətlər partnyorluq şəraitində inkişaf etməyib. Bu, Ermənistanın hazırkı hakimiyyətinin təşəbbüsü ilə edilib. Əgər siz güzəştli şərtlərlə silah alıb, bu üstünlüklərə malik olmayan başqa ölkəyə satmağa cəhd etsəniz, o zaman sizə güzəştli qiymətə silah satan ölkənin sizinlə pis rəftar edəcəyi aydındır.
Niyə Ermənistan hakimiyyəti Çin və İranla münasibətləri korlayır? Bizə kömək etməyə hazır olan İrandan niyə silah almağa çalışmırıq. Çünki o, burada NATO qoşunlarının və avropalı müşahidəçilərin olmasını istəmir, Ermənistanla əlaqə vasitələrindən biri kimi sərhəddi itirmək istəmir”- deyə Vrtanesiyan əlavə edib.
 
Ukrayna hadisələrinin başlaması ilə silahların alınması prosesinin xeyli mürəkkəbləşdiyini vurğulayan ekspert bu barədə hələ bir il əvvəl Ermənistan hakimiyyətinə xəbərdarlıq etdiyini deyib: “ Bir il əvvəl mən Ukraynada müharibə ehtimalının yüksək olması barədə açıq yazmışdım və bizim üçün artan təhlükəsizlik problemləri ilə bağlı xəbərdarlıq etmişdim. Niyə hakimiyyət o vaxt silah almırdı? Bunun qəsdən edilmədiyinə inanmıram. 44 günlük müharibədən sonra Paşinyan ordunun bərpası ilə yox, hakimiyyəti saxlamaq və dövlət sistemini dağıtmaqla məşğul olub”.\\Bakupost.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR