İnsanlara hürriyət, millətlərə istiqlal!

Japarov qırğız milyarderləri pullarını xaicdə saxlamamağa çağırıb

Qırğızıstan prezidenti Sadır Japarov “Kabar” xəbər agentliyinə müsahibəsində ölkədə nə qədər dollarlıq milyarder və milyonçu olduğunu deyib.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, prezident deyib: “Ölkəmizdə 5-6 dollar milyarderi və 200-ə yaxın milyonçu var. Bir çox insanlar pullarını xaricdə ofşorda saxlayırlar. Bunun üçün leqallaşdırma qanunu qəbul etdik. Amma indiyədək onlar pullarını ölkəyə tam qaytarmayıblar. Vəsaitləri qismən qaytarıb tikinti sahəsinə yatıranlar var”.

Prezident imkanlı vətəndaşları daxili layihələrə sərmayə qoymağa dəvət edib.

“Biz müxalifətçi mövqeyə bölünmədən iqtisadiyyata və dövlətə fayda verəcək layihələrdə iştirak etməyə və dəstəkləməyə hazırıq”, - Japarov deyib.

Dövlət başçısı Tamçı aeroportu ilə üzbəüz otellər tikməyi təklif edib. Bu məkanda 90 hektar ərazidə 9 beşulduzlu otelin tikintisi planlaşdırılır.

“Birincisinin tikintisinə artıq başlanılıb. Mən tələb etdim ki, otel iki ildən sonra istifadəyə verilsin. Mən yerli investorlarımıza, oliqarxlarımıza müraciət edirəm. Alın və sərmayə qoyun, tələb iki ildən sonra istifadəyə veriləcək beşulduzlu otel tikməkdir”, - deyə prezident bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR