Onlayn ictimai-siyasi qəzet
"Biz elə bir yaş dövründəyik ki, hər addımı ağılla atmağa çalışırıq. Ona görə də hər şeyi Zakirlə məsləhətləşərək edirik".
Bu sözləri müğənni Sevda Yahyayeva "Qonaqcanlı" verilişində deyib.
Sənətçi həyat yoldaşının ona qadağa qoymadığını bildirib:
"Mən elə yaşayıram ki, qadağalara ehtiyacım olmur. Geyimimə qarışmır. Zakir müasir insandır. Sevinirəm ki, belə biridir. Hər zaman o məni həvəsləndirir ki, daha iddialı və cəsarətli olmalısan. Olmaz desəydi, evdə oturardım. Səhnədəyəmsə, deməli, o məni dəstəkləyir".
Qeyd edək ki, həkim Zakir Bayramovla ailəli olan Sevdanın iki qız övladı var. (Axşam.az)
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ