Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ötən gün saat 19:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.
Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.
Bundan sonra sərnişin qatar yolundan çıxarılıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) Musavat.com-a bildirilib ki, qatar yoluna düşən şəxs (kişi cinsli) Mərkəzə hospitalizasiya edilib.
Onun hər iki ayağı amputasiya olunub, vəziyyəti ağır stabildir.
Şahanə Rəhimli
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ