İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hamı ali təhsilə gəlməli DEYİL” - Emin Əmrullayev

“Azərbaycan təhsilinin məzmunu son 90 ildə demək olar ki, dəyişmir”.

Musavat.com-un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumunda çıxışı zamanı deyib.

Nazir dəyişmək üçün müzakirələrin faydasını vurğulayıb:

“Biz hər il məktəbi bitirən şagirdlərimizin uğurlu hissəsini alqışlayırıq. Lakin hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur. Ali təhsil təhsilin növbəti pilləsidir. Biz girişi daraldıb çıxışı genişləndirməklə, yoxsa əksinə etməklə nailiyyət əldə edə bilərikmi? Və ya imtahanlarla bağlı məsələni götürək. Oxşar məsələni müəllimlərin işə qəbul imtahanları ilə bağlı da deyə bilərik. Bu mövzularda müzakirələr aparmaq üçün forumda geniş imkanlarımız olacaq”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR