İnsanlara hürriyət, millətlərə istiqlal!

Strateji müttəfiqlikdən TURANÇILIĞA DOĞRU – Yeni strateji HƏDƏFLƏR

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ötən gün Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və sair aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderlərinin arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ölkə arasında müttəfiqliyi təsbit edən tarixi Şuşa Bəyannaməsi artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verir.

 

Azərbaycan XİN başçısı C.Bayramovun Ankaraya səfəri, türkiyəli həmkarı ilə görüşü, aparılan müzakirələr barədə fikirlərini Medianews.az-a bölüşən siyasi şərhçi Gülsel Səfərova tarixi Şuşa Bəyannaməsində yer alan müddəalar bu gün real həyatda əksini tapmaqdadır.

Onun sözlərinə görə, iki ölkənin beynəlxalq platformalarda da birgə addım atması müttəfiqlik münasibətlərini daha da dərinləşdirir: “Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü vacib detallarla yadda qaldı. Məlum olduğu kimi, Şuşa Bəyannaməsi özündə bir sıra ciddi əsasları ehtiva edir. Bu gün də biz artıq bu sənədlər toplusunun nəticələrini görürük. Təhlükəsizlik, ordu quruculuğu sahəsində əməkdaşlıq daha da dərinləşib, təhsil yönündə hər iki ölkənin birgə universiteti yaradılıb. Bir çox mühüm mədəni tədbirlər Şuşada keçirilib və gələcəkdə də keçiriləcək. Bununla yanaşı, beynəlxalq platformalarda Azərbaycan-Türkiyə birliyinin nümayiş olunması ilə müttəfiqlik münasibətlərinin getdikcə daha da inkişaf etdiyini müşahidə edirik”.

Siyasi şərhçi G.Səfərova deyib ki, Şuşa Bəyannaməsi yalnız bu günün deyil, həm də gələcəyin mühüm və strateji sənədi, yol xəritəsidir: “Yaxın 20 ildə də bu Bəyannaməyə əsasən həyata keçirilmiş işlərin bəhrəsini görəcəyik. Eyni zamanda bu, həm də türk dünyasında aktiv tədbirlərin keçirilməsində mühüm rol oynayır. Məlum olduğu kimi, son dövrlər Türk Dövlətləri Təşkilatında canlanma var. Türkdilli dövlətlər arasında münasibətlər inkişaf etdirilir, Turançılıq, birlik və bərabərlik təbliğ olunur. Yeni strateji hədəflərə doğru inamlı addımlar atılır. Azərbaycan regionda sülh quruculuğunun, iqtisadi sabitliyin qorunmasının tərəfdarıdır. Türkiyə isə ölkəmizin haqq savaşında yanında olaraq daima Azərbaycana dəstəyini ifadə edib. Əminəm ki, bu həmrəylik, strateji müttəfiqlik əbədi olacaq, xalqlarımızın rifahına, dövlətlərimizin daha da güclənməsinə xidmət edəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR