İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: "Rusiyanın nüvə silahı ilə bağlı mövqeyində dəyişiklik yoxdur"

Nüvə müharibəsinin qalibi olmayacaq. Bu mesajı konkret olaraq veririk.

APA xəbər verir ki, bunu Türkiyədə səfərdə olan NATO Baş katibi Yens Stoltenberq NTV-yə müsahibəsində deyib.

O qeyd edib ki, Rusiyanın nüvə silahı ilə bağlı mövqeyində hər hansı dəyişiklik yoxdur.

Baş katib vurğulayıb ki, Putin NATO-nun Ukraynaya dəstəyini və Alyansın birliyini çox ciddiyə almayıb, böyük strateji səhvlərə yol verib: “Ukraynaya dəstəyi davam etdirməyimiz əhəmiyyətlidir. Putin qalib gəlsə, sadəcə Ukrayna üçün fəlakət olmayacaq. Rusiya Ukraynada qalib gəlsə, bu, bütün dünyanın ziyanına olacaq. Hamımız üçün Ukraynanın qalib gəlməsi, Putin məğlub olması önəmlidir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR