İnsanlara hürriyət, millətlərə istiqlal!

Stilist Anar işdən çıxarılan sürücünü müdafiə etdi: “O mədəniyyətsiz qadın...” - VİDEO

Məşhur stilist Anar Ağakişiyev Sumqayıt avtobusunda yaşanan insidentə sərt reaksiya verib.

Bu haqda BAKU.WS-ə danışan stilist sərnişini itələyərək yıxan sürücünün müdafiəsinə qalxıb:

"Məncə buhaqsızlıqdır. Çox xahiş edirəm bunu ictimailəşdirmək lazımdır. Sürücünün işdən çıxması haqsızlıqdır. Əgər camaatın dayanacaqdan istifadə etmə mədəniyyəti yoxdursa, niyə buna görə cammat çörəyindən olmalıdır?".

O, bununla bağlı instaqram hesabında da video yayımlayaraq “Bakı Nəqliyyat Agentliyi”nə müraciət edib. Anar sürücünün sərnişin qadını avtobusdan çölə atdığına görə işdən qovulmasına etiraz edib.

"Üzümü Bakı Nəqliyyat Agentliyinə tutub xahiş edirəm, o sürücünü işdən çıxarmayın. Çünki sürücünün heç bir günahı yoxdur. Sərnişinləri dayanacaq mədəniyyətinə öyrətmək lazımdır. Gözəl dayanacaqlar quraşdırıldı, iki gündən sonra isə orada meyvə-tərəvəz satılmağa başlandı. Əgər dayanacaq yeri varsa, sürücü avtobusu kənarda niyə saxlamalıdır? O mədəniyyətsiz, tərbiyəsiz qadın çanta ilə sürücünü vururdu. Sürücü qadının bu hərəkətinə necə cavab verməli idi ki? Durub baxmalıdır? Çox xahiş edirəm, sürücünü işə geri qaytarın. Həmin sürücü mənim qohumum, nə də ki tanışımdır, heç kimim deyil, amma o niyə işindən olmalıdır? Beş manat çörək qazanmaq üçün küçəyə çıxıb. Niyə çörəyindən olmalıdır? Sərnişinlər nə yolu düzgün keçmək qaydasını bilirlər, nə dayanacaq mədəniyyətini bilirlər, nə də ki dayanacaqdan düzgün istifadə etmək mədəniyyətini bilirlər. Bununla bağlı səviyyəli reklam çəkib, televiziyalarda yayımlayın. Reklamda isə sərnişinlərə izah edin ki, sovet dövrü getdi, “alabaş” avtobusları harada istəyirdilər saxlayırdılar. O dövr getdi. İndi dayanacaq mədəniyyəti və ictimai nəqliyyatdan düzgün istifadə etmək mədəniyyəti var. Əgər mədəniyyətsizlər onu düzgün istifadə edə bilmirlərsə, o yazıq sürücü nə etsin?”.

Qeyd edək ki, hadisə bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində yaşanıb. Sürücü Aqil Kosayevlə sərnişin Sənubər Baxşəliyeva mübahisə edib. Mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR