Onlayn ictimai-siyasi qəzet
Bu gün Britaniya hakimləri London Ali Məhkəməsində Culian Assanjın ABŞ-a ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı öz qərarlarını açıqlayacaqlar.
AZƏRTAC xəbər verir ki, Culian Assanjın həyat yoldaşı Stella Assanj məhkəmə öncəsində mətbuata danışıb.
O, bu gün məhkəmənin qarşısına toplaşan və dünyanın bir çox ölkəsində Culian Assanjı dəstəkləyən minlərlə insana təşəkkür edib və məhkəmənin düzgün qərar verəcəyinə ümid etdiyini deyib.
“Əgər məhkəmə düzgün qərar verməsə biz o zaman təcili olaraq Avropa İnsan Haqları Məhkəməsinə baş vuracağıq”, - deyə o, açıqlamasında bildirib.
Məhkəmə London saatı ilə saat 10-da başlayıb. Yekun qərarın günorta saatlarına doğru açıqlanmağı gözlənilir.
Qeyd edək ki, Culian Assanjın qardaşı Qabriel Şipton və atası Con Şipton da hazırda Londondadırlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ