İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu Rüstəm Muradova əmr etdi: Bu şəhəri al! – Üzeyir Cəfərovla “Canlı debat”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Rüstəm Muradova Müdafiə Nazirliyinə qarşı tənqidləri azaltmaq üçün nəyin bahasına olursa-olsun, Uqledarı almağı əmr edib.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Bir müddət öncə Şoyqu Uqledara hücumun mümkünlüyü ilə bağlı Donetsk vilayətinin qərbində Muradovu ziyarət edib”, - hesabatda qeyd olunub. İnstitutun analitikləri bildiriblər ki, Muradova Şoyqunun tapşırıqlarını yerinə yetirməsi üçün çoxlu sayda canlı qüvvə və texnika lazımdır. 155-ci Hərbi Dəniz Piyada Briqadasının 136-cı Motoatıcı Briqada ilə əvəzlənməsi isə Rusiya ordusunu qüvvə ilə təmin etməyəcək.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR