İnsanlara hürriyət, millətlərə istiqlal!

Sovet dövlətində “ruslaşdırma”, “qarışıq ailələr” siyasəti- Nəsiman Yaqublu yazır  

 1920-ci illərdə milli respublikaları işğal edib “SSRİ” adlı dövlət yaradan bolşeviklər (oxu: kommunistlər) amansız bir məzmunda “ruslaşdırma” siyasətini yürüdürdülər. Hətta “Lenini şimaldan doğan günəşə bənzədir”, “günəş Şərqdən deyil, Şimaldan doğub” söyləyərək təriflər yağdırır, şeirlər poemalar, romanlar həsr edirdilər.

Məqsəd insanları milli düşüncədən məhrum etmək, əsildən, kökdən ayırmaq və yeni “sovet nəsli” yetişdirmək idi.

Sovet  rejiminin bu siyasətinin əsasında  “ruslaşdırma” başlıca yer alırdı. ABŞ-da yaradılmış “SSRİ-ni Öyrətmə İnstitutu”nun Münhendə nəşr etdiyi “Dərgi”  jurnalı bu problemlə bağlı 1960-cı illərə aid maraqlı məlumatlar çap edib.

Məlum olur ki, 1960-cı illərin əvvəllərində Sovetlər Birliyində 198.870.514 (198 milyon 870 min 514 nəfər) insanı əhatə edən 50.333.487 (50 milyon 333 min 487 nəfər) ailə mövcud olub.

Bunlardan 9 milyonu subaylar, ailə qurmayanlar idi. Şəhərlərdə 90 milyon insanı əhatə edən 24 milyon ailə, kəndlərdə isə 109 milyon insanı əhatə edən 26 milyon ailə yaşayırdı. Məlumatlara görə, Sovetlər Birliyində hər 1000 (min) ailəyə 102 qarışıq evlilik düşürdü.

Bu statistikaya görə, 1959-cu ildə sovet dövlətində 5.134 min (beş  milyon yüz otuz dörd min) qarışıq ailə var idi. Ortalama olaraq hər sovet ailəsində 3,95 kişinin mövcudluğunu hesablasaq, qarışıq evlənmələrin 20 milyonu keçdiyini qeyd etmək mümkündür. Bunun da sovet əhalisinin 10 faizini əhatə etdiyini qeyd edə bilərik. Beləliklə, şəhərlərdə hər 1000 (min) ailəyə 151,  kəndlərdə isə  58 qarışıq ailə düşürdü.

Beləliklə, 5.134 (beş milyon) min ailədən 3,7 milyonu şəhərlərdə, 1,5 milyonu isə kəndlərdə yaşamaqda idi. Bu nəticəyə görə şəhərlərdə qarışıq evlənmələr 13,7 milyon insanı, kənd bölgələrində 5,9 milyonu əhatə edirdi.

Beləliklə, şəhərlərdə qarışıq ailələrin kəndlərə nisbətən təqribən 3 dəfə çox olduğu görünməkdədir. Maraqlıdır ki, Sovetlər Birliyində olan qarışıq ailələrin tərkibi haqqında geniş bilgilər yayınlanmırdı.

Təbii ki, qarışıq ailələrdə aparıcı olan və danışılan əsas dil  rus dili idi. Bu xüsusda Sovetlər Birliyində ana dilini tamamilə qeyd edənlərin sayının 12 milyona yaxınlaşdığı da qeyd edilməkdədir. Cənubi Qafqazda, xüsusən, Azərbaycanda ruslarla daha çox, qismən də ermənilərlə, yəhudilərlə də evlənib  qarışıq ailə sahibi  olanların sayı az deyildi. Nəticədə qarışıq ailələrdən olanlara çox məqamlarda (vəzifəyə irəli çəkilmək, etibarlılıq və s.) “yaşıl işıq” yandırılırdı.

Bu da təbii ki, sovet dövlətinin “ruslaşdırma” siyasətinə tamamilə uyğun gəlirdi.

P.S. Sovet dövlətində milli respublikalardan (xüsusən müsəlmanlardan) olanların ruslarla, ukraynalılarla, belorusların (əsasən xristianlarla) evliliyinə heç bir problem yaradılmır daha çox   “yaşıl işıq” yandırılırdı.

Bu müsəlman ölkələrində respublika rəhbərliyində   ikinci katiblər mütləq ruslar olur, idarələrdə rəsmi yazışma və çıxışlar rus dilində aparılır, katibələr və köməkçilər də qeyri  azərbaycanlı millətlərdən olurdu. Təbii ki, bu da bir siyasət olaraq yürüdülürdü.

 16470944166153637390_1200x630.jpg (214 KB)

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru, professor

 

 

 

                

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR