İnsanlara hürriyət, millətlərə istiqlal!

Şotlandiyada gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb

Edinburqda gəminin aşması nəticəsində 33 nəfər xəsarət alıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə Şotlandiya Təcili Yardım Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 21 nəfər xəstəxanaya çatdırılıb, 12 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

Gəmi sağ tərəfə 45 dərəcə bucaq altında əyildikdən sonra "Leithdə" yerləşən “Imperial Dock”da (İmperator Limanı) böyük bir xilasetmə əməliyyatı başladılıb.

Hadisə yerinə mütəxəssislər, təcili yardım maşınları, yanğınsöndürmə qrupları və polis cəlb edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR