İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - RƏSMİ AÇIQLAMA

Sosial ipoteka məsələsində ən çox gözlənilən yenilik bankların faizlərinin aşağı salmasıdır.

Musavat.com xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu, birbaşa banklarla bağlı məsələdir. Gərək onlar da tərəfdaş olaraq bu məsələdə maraqlı olsunlar:

"Sosial ipoteka ilə bağlı məsələni 2007-ci ildə nazirlik olaraq gündəmə gətirdik. Dərhal qurumlar dəstək verdi. Xüsusi olaraq qanun layihəsi qəbul olundu. Ailələr üçün güzəştli kredit şərtlərinin daha yumşaq olmasına çalışmalıyıq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR