İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli hadisə: Ünvan soruşdu, bilmədiyi üçün güllələdi - FOTO

Türkiyənin Bursa şəhərində qəribə və dəhşətli bir hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, Nilüfer rayonunun İhsaniye məhəlləsində, kafenin önündə dayanmış şəxsi adres soruşan bir şəxs, cavabdan narazı qalaraq onu silahla yaralayıb.

Hadisə dünən axşam saat 18:30 radələrində baş verib. İddialara görə, kimliyi hələlik açıqlanmayan bir şəxs, kafenin qarşısında dayanmış E.Ö.-yə yaxınlaşıb və bir adres soruşub. E.Ö. adresi bilmədiyini dedikdə isə şübhəli şəxs, "Necə yəni bilmirsən?" deyərək, cibindən çıxardığı tapança ilə E.Ö.-nün ayaqlarına atəş açıb.

Ayaqlarından yaralanan E.Ö. dərhal ətrafdakıların yardımı ilə Çəkirgi Dövlət Xəstəxanasına aparılıb. Yaralının vəziyyəti barədə məlumat verilmir. Silahlışəxs isə hadisə yerindən qaçıb.

Hadisə şahidlərindən biri vəziyyətin qəribəliyini belə ifadə edib: "Biz dostlarla gəzirdik. Silah səsini eşidib ora qaçdıq. Biri yerə yıxılmışdı. Öyrəndik ki, ünvan soruşub, bilmədiyini deyən adamı vurub. Yaxşı ki, bizə yaxınlaşmadı. Biz buraların yad adamlarıyıq. Demək, bizdən soruşsaydı, üçümüzü də vurardı".

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Silahlının kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində işlər davam edir. 

Mənbə: https://www.milliyet.com.tr/gundem/adres-sordugu-kisiyi-vurdu-gorgu-tanigindan-soke-eden-sozler-7278613

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR