İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsanlarda təşviş yaradan viruslar – Xəstəlik qorxusuna necə qalib gələk?

Son günlər yayılan kəskin virus infeksiyaları insanları narahat edir. Bu narahatlığa bir səbəb də koronovirusdur ki, həmin dövrdə xəstəliyin ağırlıq dərəcəsi, qapanmalar hələ də insanlarda qorxu hissi yaradır.

Bəs xəstəlik qorxusu nədir? Bəs bu qorxuya necə qalib gəlmək olar?

Mövzu ilə bağlı Musavat.com-a danışan psixoloq Nərgiz Əliyeva bildirib ki, xəstəlik qorxusu - ipoxondriya adlanır və psixoza, nevroza, miqrenə gətirib çıxara bilir:

“Xəstəlik qorxusu psixoloji bir vəziyyət olaraq insanın sağlamlıq vəziyyəti ilə əlaqədar həddindən artıq narahatlıq, qorxu və ya anksiyete hissi yaşamasıdır. Bu qorxu, xəstələnmə riski ilə bağlı çox sayda düşüncənin və fobiyanın yaranmasını əhatə edir.
Xüsusilə müasir dövrdə, sosial media və xəbər kanallarında yayılan sağlamlıq problemləri ilə bağlı xəbər və məlumatlar, insanlarda xəstəlik qorxusunu artıran bir amildir.

16 Özünü Yenidən Yarat! Niyə bəzi insanlar arıqlaya bilmir? Psixoloq Nərgiz  Hüseynova

Nərgiz Əliyeva 

İnsanlardan, cəmiyyətdən uzaqlaşır bu insanlar. Təcrübə göstərir ki, qorxuları yada salan kiçik bir hadisə baş verəndə həmin insanlar keçmişə qayıdır. Ona görə də xəstəlik qorxusu yaşayan insanlar həkimə müraciət etməlidir.

Plasebo və nosebo effektiv deyə anlayışlar da var. Plasebo müsbət fikirlərin insanın orqanizminə etdiyi təsirdir. Nosebo effekt isə mənfi düşüncələrin yaranmasıdır. Neqativ düşüncələr xəstəlik barədə neqativ düşüncələr və xəstəliyə yoluxma qorxusu yaradır. O düşüncələrə sahib insanlar daha tez xəstələnir. Qorxuları olan insan davamlı həkimə gedir, düşünürlər ki, ayda bir dəfə həkimə getməsələr, xəstəlik tapacaqlar.

Bu effekt tək insanın özünə aid deyil, həm də öz ailə üzvlərinə belə aid ola bilər, yəni övladlarını da eyni şəkildə ayda 1 neçə dəfə həkimə aparır və dərmanlar verirlər. Sadə 1 baş ağrısı olsa, belə o düşüncələr sayəsində qorxuları üzə çıxır. Dərmandan asılı vəziyyətdə yaşayırlar.
Amma plasebo effekti nəticəsində insan öz düşüncələrinin gücü ilə neyronlarına təsir edərək səhhətini yaxşılaşdırır.

Kognitiv davranış terapiyası (CBT) kimi metodlar, xəstəlik qorxusunu idarə etmək və müalicə etməkdə çox təsirli ola bilər. Anksiyete və digər psixoloji problemlərlə bağlı dərmanlar, bəzi hallarda qorxunun azaldılmasına kömək edə bilir. Fiziki fəaliyyət və düzgün qidalanma da psixoloji vəziyyətin yaxşılaşmasına kömək edir. Bu da çox önəmlidir. Xəstəlik qorxusu müalicə oluna bilən bir vəziyyətdir”.


Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR