Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın ən yüksək məhkəməsi olan Nyu-York ştatının Apellyasiya Məhkəməsi ölkənin yeni seçilmiş prezidenti Donald Trampın Stormy Daniels adlı sənəd fırıldaqçılığı işi üzrə mühakimə olunmasını dayandıracaq qərarı çıxarmaqdan imtina edib.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, məhkəmə Trampın vəkillərini hakim Cenni Riveranın qərarı ilə bağlı xüsusi məktubla məlumatlandırıb.
Bundan əvvəl Trampın komandası ABŞ Ali Məhkəməsinə müraciət edərək, yanvarın 10-na təyin edilmiş “Stormy Daniels işi” üzrə Trampa qarşı hökmün çıxarılmasının qarşısının alınmasını tələb etmişdi. İndi ABŞ Ali Məhkəməsi seçilmiş prezidentin ölkədə hakimiyyətin ötürülməsini gecikdirəcəyinə inandığı məhkəmə prosesinin qarşısını almaq üçün Trampın yeganə variantıdır.
Yanvarın 7-də Nyu-York Ştatının Apellyasiya Məhkəməsi Trampa qarşı “Stormy Daniels işi” üzrə hökmün çıxarılmasını təxirə salmaqdan imtina edib.
Hakim Juan Merchan “Stormy Daniels” işində hökmü yanvarın 10-na təyin edib. Tramp bununla da ağır cinayətlərə görə mühakimə olunan ilk ABŞ prezidenti olacaq.
Qeyd edək ki, 2024-cü ilin may ayının sonlarında jüri yekdilliklə Trampı sənədlərin saxtalaşdırılması işi üzrə bütün 34 maddə üzrə təqsirli bilib.
Mediada tez-tez “Stormy Daniels işi” kimi xatırlanan bu məhkəmə prosesində Tramp sənədləri saxtalaşdırmaqda ittiham olunur. 2018-ci ilin yanvarında The Wall Street Journal onun 2006-cı ildə porno aktrisa Stormi Daniels ilə münasibətdə olduğunu və 2016-cı il prezident seçkilərinə az qalmış susması üçün ona 130 min dollar ödədiyini iddia edən məqalə dərc etdi. Trampın özü əmin edib ki, Daniels ilə şəxsi münasibəti yoxdur.
Noyabrda keçirilən prezident seçkilərində Trampın qələbəsindən sonra NBC News mənbələrə istinadən xəbər verib ki, ABŞ Ədliyyə Nazirliyi andiçmə mərasimindən əvvəl seçilmiş prezidentə qarşı iki cinayət işinə xitam verməyi nəzərdən keçirir.
Tramp 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ