İnsanlara hürriyət, millətlərə istiqlal!

Sorğu: Makron prezident seçkilərinin ikinci turunda qalib gələcək

Fransada prezident seçkilərinin ikinci turu hazırkı dövlət başçısı Emmanuel Makronun qələbəsi ilə başa çata bilər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu proqnozu Fransa İctimai Rəyin Öyrənilməsi İnstitutu (IFOP) dərc edib.

Belə ki, sorğunun nəticələrinə görə, Le Pen 44,5%, Makron isə 55,5% səsə ümid edə bilər.

Qeyd edək ki, aprelin 10-da Fransada prezident seçkilərinin birinci turu keçirilib. Seçki yarışında 12 namizəd iştirak edib. Bütün bülletenləri emal etdikdən sonra Makron 27,84%, Le Pen 23,15% səs toplayıb. İkinci tur aprelin 24-də keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR