İnsanlara hürriyət, millətlərə istiqlal!

Son sutkada koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 48 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 54 nəfər isə sağalıb. Sutka ərzində xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 265 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 791 nəfər müalicə olunaraq sağalıb, hazırda 321 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 912, bu günə qədər isə ümumilikdə 7 549 363 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 176 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 56, ikinci doza vaksinlərin sayı 47 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 62-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 11 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 952 882 olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR