İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Zakir Həsənov Hulusi Akarla danışdı

Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ölkəsinin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu bildirib.

Azərbaycanın Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, o, bu barədə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında deyib.

General-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.

H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR