İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Yevlaxda Qarabağ erməniləri ilə görüşə hazırlıq BAŞLADI

Hazırda Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır.

Musavat.com Caliber.az-a istinadla xəbər verir ki, görüş təklifi heç bir üçüncü ölkədən gəlmir, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.

Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR