İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Xersonda QIRĞIN gedir, Baydendən Putinə AĞIR sözlər - Ədalət Verdiyevlə CANLI

Ukrayna Silahlı Qüvvələri tərəfindən Xersonda rusların nəzarətində olan bölgəyə raket zərbələri endirilib. Bu barədə "Telegram" kanallarında video yayılıb. Həmin videoda rus hərbçilərin toplaşdığı bölgələrə 3 raket zərbəsinin endirildiyi görünür. Paylaşımdan da görünür ki, raket zərbələri nəticəsində onlarla rus hərbçisi həlak olub.

Son günlər analoji hadisənin təkrarlanması fonunda rusiyalı hərbi ekspertlər ölkənin hərbi komandanlığını hərbçilərin həyatını təhlükəyə ataraq açıq əraziyə toplamaqda günahlandırır.

ABŞ prezidenti Co Bayden çərşənbə günü Kaliforniyada keçirilən ictimai ianə aksiyasında Vladimir Putini təhqir edib.
Qısa çıxışı zamanı Bayden Putin kimi “başıxarabların” dünya üçün nüvə təhlükəsi yaratdığını bildirib: "Bizdə Putin kimi başı xarab it oğlu və onun kimi başqaları var. Biz həmişə nüvə münaqişəsindən narahat olmalıyıq, lakin bəşəriyyət üçün ekzistensial təhlükə iqlimdir".

Bayden bildirib ki, ABŞ Aleksey Navalnının Rusiya həbsxanasında ölümünə görə Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini cümə günü elan edəcək.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR