İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! “Vaqner”in Ukraynadakı əməliyyatlarda iştirakına QADAĞA QOYULUR

“Vaqner” ÖHŞ-nin qurucusu Yevgeni Priqojin Rusiya Federasiyası Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqdan imtina edib. Bundan sonra bu strukturun Ukraynadakı hərbi əməliyyatlarda iştirakına xitam verilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov danışıb.

Onun sözlərinə görə, qiyamdan bir neçə gün əvvəl Müdafiə Nazirliyi “döyüş tapşırıqlarını yerinə yetirən bütün birləşmələrin nazirliklə müqavilə imzalamalı olduğunu” çatdırıb.

“Hamı bu qərarı yerinə yetirməyə başladı, yalnız cənab Priqojindən başqa...” - deyə, deputat qeyd edib.

Kartopolovun dediyinə əsasən, belə olan halda Priqojinə “Vaqner”in xüsusi Ukraynada ola bilməyəcəyi barədə xəbərdarlıq olunub”. "Yəni bu birliyə heç bir maliyyə və ya maddi vəsait ayrılmayacaq", - deyə Dumanın komitə sədri vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR