İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ukrayna istədiyinə nail oldu - Müharibənin gedişatı dəyişir

Ukraynada müharibədə balansı dəyişə biləcək bir hadisə yaşandı. Müharibənin ilk günündən havada üstünlüyə sahib olan Rusiya ilə mübarizə aparan Zelenski istədiyinə nail oldu…

Müharibə başlayandan bəri Volodimir Zelenskinin israrla əldə etmək istədiyi hava hücumundan müdafiə sistemi Ukraynaya gətirilib.

Musavat.com CBS News-a istinadən xəbər verir ki, jurnalist Marqaret Brennanın suallarını cavablayan Ukrayna lideri ABŞ-ın təqdim etdiyi Milli Qabaqcıl Yer-Hava Raket Sisteminin (NASAMS) onlara çatdığını bildirib.

ABŞ-dan tank istədiklərini də vurğulayan Zelenski Vaşinqtonun bu addımı atacağı təqdirdə Almaniya kimi digər ölkələrin də Ukraynaya daha çox dəstək verəcəyini bildirib.

Zelenski tankların köməyi ilə Ukraynanın işğal olunmuş şəhərlərini daha asan xilas edə biləcəklərinə diqqət çəkib.

ZELENSKİDƏN NÜVƏ MÜHARİBƏSİ XƏBƏRDARLIĞI

Ukrayna lideri həmçinin xəbərdarlıq edib ki, nüvə müharibəsi real ola bilər.

“Bəlkə də, dünən blef idi. Amma bu gün bu, reallıq ola bilər. Mən Putinin blef etdiyini düşünmürəm” - Zelenski deyib.

Ukrayna lideri dünyanı Rusiya liderinə təzyiqlərini davam etdirməyə çağırıb.

Xatırladaq ki, Zelenski Xerson istiqamətində başlayan hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz vermişdi.

Xersonun geri alınması digər işğal olunmuş şəhərlərin azad edilməsinə ümidi artıracaq. Bundan başqa, şəhəri alınması Zelenskinin dediyi kimi, Krım yolunu açacaq.

Bu səbəbdən Xerson həm də “Krımın açarı” kimi dəyərləndirilir. Ukrayna bu bölgəni tez bir zamanda geri almaq və Krıma gedən yolu açmaq üçün mübarizə aparır.

Çünki hərbi ekspertlər qış aylarında irəliləyişin çətinləşəcəyini bildirirlər.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR