İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lufthansa” yəhudilərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib

ABŞ Nəqliyyat Departamenti Avropanın böyük aviaşirkəti “Lufthansa”nı yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələyib.

Musavat.com “NBC News”a istinadla xəbər verir ki, bu məbləğin Amerika departamentinin tarixində rekord olduğu məlum olub.

Bildirilir ki, avropalı aviadaşıyıcı Almaniyada tranzit reysələ Nyu-Yokdan Budapeştə gedən, ənənəvi ortodoksal yəhudi libası geyinmiş 128 sərnişinin təyyarəyə minməsini qadağan edib. Hadisə 2022-ci ilin mayında baş verib.

Aydın olur ki, “Lufthansa” nümayəndələri bu səyahətçilərlə sanki bir qrupun üzvləri kimi davranıblar, onların əksəriyyəti isə bir-birini tanımırmış. Aviaşirkət izah edib ki, reysə buraxılmayan sərnişinlər guya o vaxt qüvvədə olan maska rejimini pozublar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR