İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Kiyevdə! NƏHAYƏT, Zelenski BU GÜN Qələbə Planı açıqlayır, ABŞ-dan REAKSİYA - Polkovniklə CANLI

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Ali Radadakı çıxışında Rusiya ilə müharibədə Qələbə Planını təqdim edəcək. Ölkə lideri planın sadəcə bəzi detallarını açıqlayacaq.

ABŞ İsraildən fərqli olaraq, Ukraynaya Rusiya raketləri və pilotsuz təyyarələrinə qarşı mübarizə aparması üçün THAAD ballistik raketlərdən müdafiə sistemi yerləşdirməyəcək, çünki Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki müharibə fərqlidir.

Bunu Pentqonun mətbuat katibinin köməkçisi Sabrina Sinq keçirdiyi brifinqdə deyib. O, ABŞ-nin Ukrayna və İsrailə münasibətdə fərqli öhdəliklərinin olduğunu qeyd edib: “Fərqli imkanlar, fərqli müharibələr, fərqli regionlar. İsrail və Ukrayna ilə bağlı öhdəliklər də fərqlidir”.

Pentaqon rəsmisi ABŞ Müdafiə Nazirliyinin və hökumətinin İsrail və Ukraynanın müdafiə ehtiyaclarının ödənilməsi üçün dəstəyini davam etdirdiyini vurğulayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR