İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovın qan düşməni elan etdiyi deputat danışdı: "Cinayətlə əlaqəm yoxdur"

Çeçenistan rəhbəri Ramzan Kadırov həyatına sui-qəsd sifarişi əmrini verənlərdən biri kimi adını çəkdiyi, Dövlət Dumasında İnquşetiyanı təmsil edən deputat Bekxan Baraxoyev açıqlama verib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Baraxoyev çeçen siyasətçinin irəli sürdüyü bütün ittihamları rədd edib.

Malqobekdə ictimaiyyətlə görüşdə Baraxoyev əmin edib ki, cinayətin mümkün planlaşdırılması ilə heç bir əlaqəsi yoxdur.

“Mənim bununla heç bir əlaqəm yoxdur və heç vaxt da olmayıb”, - deputat qeyd edib.

Qeyd edək ki, oktyabr ayının 10-da Kadırov ona qarşı sui-qəsd sifarişi vermək cəhdindən danışıb. Onun sözlərinə görə, Moskvanın mərkəzində “Wildberries” ofisi yaxınlığında baş verən atışmadan sonra Dövlət Dumasının deputatları Bekxan Baraxoyev və Rizvan Kurbanov, həmçinin senator Süleyman Kərimov onun qətlini sifariş etməyə cəhd göstəriblər.

Yayda “Wildberries”in həmtəsisçisi Vladislav Bakalçuk şirkəti reyderlə ələ keçirməyə cəhd edib, müqavimətlə üzləşib. Kadırov iş adamına kömək etmək qərarına gəlib və Dövlət Dumasının deputatı Adam Delimxanova bu məsələ ilə məşğul olmağı tapşırıb.

Sentyabrın 18-də Moskvada “Wildberries”in mərkəzi ofisi yaxınlığında atışma baş verib, iki nəfər həlak olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR